125 yer uğrunda 769 namizəd mübarizə aparacaq

Abunə olmaq
Milli Məslisdə hər bir yer uğrunda orta hesabla 6 namizəd yarışacaq.

BAKI, 21 okt-Sputnik. Milli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq.

Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının saytında deputatlığa namizədlərin tam siyahısı verilib.

Siyahıya əsasən, Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda 6 nəfər mübarizə aparacaq.

Milli Məclisə seçkilərdə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 477 nəfər namizədliyini geri götürüb.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu proses sabah — oktyabrın 22-də başa çatır.

Xəbər lenti
0