Rusiya Suriya əməliyyatlarının ciddi və mühüm olduğunu çox yaxşı başa düşür. Rus pilotlarının tədbirlərinin nəticə verdiyini təstiqləyən məlumatlar dəyərlidir: terrorçüların bazaları, yanacaq depoları, hərbi texnika məhv edilib. Rusiyanın oxşar hərəkəti Qərb üçün gözlənilməz oldu. Birincisi ona görə ki, Rusiya uzun müddət Yaxın Şərq istiqamətində bu dərəcədə fəal oyunçu hesab olunmurdu. İkincisi isə — son zamanlar Qərb bir növ əfsanənin əsirinə çevrilib, — Qara dəniz-Xəzər regionu üzrə Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarov hesab edir:
“Qərbdə rus ordusunun dağıldığı və artıq mövcud olmadığı haqda çox yazıb-danışıblar. Və onlar baxmaq qərarına gəldilər. Onlar düşünürdülər ki, dedikləri hər şey həqiqətdir – Rusiyada artıq ordu və silahlı qüvvələr yoxdur. Lakin belə çıxdı ki, Rusiyada nə Amerika Birləşmiş Ştatlarında, nədə ki, NATO-nun üzvü olan digər dövlətlərdə olan silah var. Bu silahdan istifadə etmək üçün bacarıqların olması çox vacibdir. Rusiya da bu bacarıqları göstərdi. Rusiyanın dinc əhalini bombaladığı haqda söhbətlər isə hamısı yalandır”.
Rusiya əməliyyatlarının uğurlarını İŞİD-in daxili vəziyyəti ilə bağlı xəbərlər də təstiqləyir. Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini Mixail Smolin hesab edir ki, oradakı vəziyyət kəskin pisləşib:
“Hal-hazırda biz vəziyyəti İŞİD-lə mübarizə aparan tərəflərin xeyirinə dəyərləndiririk. Çünki əvvəl belə səmərəli hərbi hava əməliyyatları həyata keçirilmirdi, İŞİD strukturu, o cümlədən bu “dövlətin” müxtəlif hissələrin komandirləri özlərini daha rahat hiss edirdilər. İndi vəziyyət dəyişib. İŞİD bölmələrində fərarilik gedir, komandanlıq zəifləyib. Onların yaydıqları məlumatlar da bizim onlara əhəmiyyətli zərbələr endirdiyimiz haqda bildirirlər”.
İndi isə bu uğuru inkişaf etdirmək lazımdır. Lakin bunu güclərini birləşdirərək eyni anda bir neçə dövlət etməlidir. Sankt-Peterburq Dövlət Universitetinin dosenti Aleksandr Sotniçenko hesab edir ki, Rusiya bu əməliyyatda əsas rolu oynamağa hazırdır:
“Rusiya və onun müttəfiqləri üçün bu əməliyyatda qalib gəlmək üçün yeganə şans İranla birgə əməliyyatlar və səylərin çox sıx koordinasiyasıdır. Əməliyyatlardan əvvəl Rusiya dəfələrlə bildirib ki, terrorizmə, Suriyadakı İŞİD-ə yalnız hava hücumları ilə qalib gəlmək mümkün deyil. Bu doğrudur. İndi bir çox Rusiya opponentləri deyirlər ki, bəs siz tək hava qüvvələri ilə necə qalib gəlməyə hazırlaşırdız, axı siz özünüz bunun mümkün olmadığını deyirdiz. Belə ki məsələ tək hava zərbələrində deyil. Biz texniki cəhətdən daha inkişaf etmiş kimi havadan dəstəkləyəcəyik. Bizim hər cəhətdən çox güclü hərbi hava qüvvələrimiz var. Quru əməliyyatları isə Əsəd ordusu, eləcə də İrandan müttəfiqlər və Livandan “Hizbullah” hərəkatı aparacaqlar. Belə ki bütün qoşun növləti var. Əsas məsələ bizim səylərimizin koordinasiyasıdır. Onda uğura nail olmaq olar”.
Suriya əməliyyatları Rusiyanın öz hərəkətləri ilə iki məqsəd güddüyünün daha bir sübutu oldu – qanunu qorumaq və normal həyat üçün şərait yaratmaq. Lakin əgər Suriyaya bunların hər ikisi zəruridirsə, digər ölkələrin çoxuna oxşar nəticə lazım deyil və onlar Rusiyaya mane olmağa çalışacaqlar.
“Sputnik” (Rusiya)