Amerikalı tələbə türk qadının hicabını parça-parça elədi

© saudar.netHicablı qadınlar
Hicablı qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ətrafdakı insanlara və hadisə yerinə çağırılan polislərə tüpürən və söyüş söyən amerikalı tələbə 500 dollar cərimələnib və şərti azadlığa buraxılıb.

BAKI, 21 okt — Sputnik. İndiana Universitetinin kafesində azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə oturan müsəlman Türk qadın zorakılığa məruz qalıb. 

19 yaşlı amerikalı tələbə Triceten D. Bickford ilk öncə hicablı qadına sözlü sataşıb. Daha sonra irqçi ifadələrlə qadına hücum edən tələbə, onun hicabını başından açaraq parça-parça edib. Qadını ölümlə təhdid edən tələbə hadisə yerinə gələn polis tərəfindən bölməyə aparılıb.

Ətrafdakı insanlara və hadisə yerinə çağırılan polislərə tüpürən və söyüş söyən amerikalı tələbə 500 dollar cərimələnib və şərti azadlığa buraxılıb.

Triceten D. Bickford ifadəsində hadisə zamanı spirtli içki qəbul etdiyini və psixiatrik müalicə üçün istifadə etdiyi dərmanını həmin gün içmədiyini deyərək hadisəni xatırlamadığını söyləyib.

Xəbər lenti
0