CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Transformatorun içinə girən cütlüyü cərəyan vurub

© Sputnik / Igor ZaremboTransformator - elektrik cərəyanı
Transformator - elektrik cərəyanı - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

BAKI, 21 okt-Sputnik. Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Xəbər lenti
0