BAKI, 21 okt — Sputnik. Demək olar ki, hər bir evdə həşəratlar var.
Əgər ev sahibləri onları görmürlərsə, bu, o deməkdir ki, həşəratlar "yaxşı" gizləniblər. Bəzi hallarda bu həşəratlar ziyansızdırlar. Lakin onların ayrı-ayrı növləri təkcə əşyalar və qidalar üçün yox, həm də insanlar üçün ciddi təhlükədirlər.
Məryəmqurdu
Məryəmqurdu adətən hamam və ayaqyoluda olur. Əksər hallarda bu həşəratlar nəmişlik olan mənzillərdə olurlar. Ona görə də onları gördükdə borularda və ya kranlarda problem olmasından şübhələnin.
Məryəmqurdu
Məryəmqurdu
Taxtabitilər
Onlar praktiki olaraq həmişə insanları dişləyirlər. Böyük qruplarla divanların, plintusların altında, müxtəlif dəliklərdə toplaşırlar. Onlar əsasən gecələr dişləyirlər, xüsusən uşaqlada allergik reaksiyalara səbəb ola bilirlər. Ev heyvanlarına əsasən toxunmurlar.
Taxtabiti
Taxtabiti
Birələr
Bu həşəratlar isə həm insanları, həm də heyvanları dişləyirlər. Onlar əsasən gündüz saatlarında hərəkətə keçirlər. Onları mənzildən rədd etmək çox çətindir. Hərdən evə zirzəmidən keçirlər.
Birə
Birə
Bit
Çox kiçik ağ və ya boz həşəratlar. Yataqda və yaxud insanın saçında olurlar. Mənzilin digər yerlərində onlara rast gəlmək olmur.
Bit
Bit
Tarakanlar
Yəqin ən məşhur ev həşəratları bunlar olar. Onlar əsasən mətbəxlərdə məskən salırlar. Müxtəlif qida tullantıları ilə qidalanırlar, fərqli xəstəlikləri daşıyırlar.
Onlarla mübarizənin ən effektiv yolu mənzilin təmiz saxlanılması və ilk "qonaq" tarakanların dərhal məhv edilməsidir.
© foto-cockroaches.ruTarakan
Tarakan
© foto-cockroaches.ru
Qarışqalar
Ev qarışqaları yüksək təşkilatçılıq qabiliyyətləri olan həşəratlardır. Onlar mənzildə və ya ondan kənarda yuva qururlar və qida ehtiyatlarını mütəşəkkil qaydada ora daşıyırlar. Onlar böyük məsafələr qət edə bilirlər. Bu həşəratları evdən çıxarmaq müşkül məsələdir.
Qarışqa
Qarışqa
Ev qırxayağı
Ev qırxayağı adətən həyət evlərində olur, lakin bina mənzillərində də ona rast gəlinir. Böyük ölçüsünə, xoşagəlməz görkəminə və yüksək sürətinə görə bu həşərat vahimə doğurur. Lakin ev qırxayağı çox dinc həşəratdır. Onlar qonşu evdən və ya küçədən gəlirlər. Əgər birdəfəlik qida mənbəyi tapsalar, evdən çətin ki, əl çəksinlər.
Qırxayaq
Qırxayaq
Uzunayaq
Yumru gövdəsi və uzun ayaqları olan bir hörümçək növü. Əsasən otaqların künclərində olur və tor qurur. Qaranlıq yerlər, pəncərə kənarları da onun sevimli məkanlarıdır. Bitki mənşəli qida, xırda həşərat və… heyvan cəsədləri onların yemidir.
Uzunayaq
Uzunayaq
Güvə
Paltar və mətbəx şkaflarının qənimi. Təbii və yarımsintetik materiallardan olan paltarlarda dəliklər açmağı ilə məşhurdur.
Güvə
Güvə
Güvə sürfələri
Güvə barədə danışdıqsa, deməliyik ki, əslində təhlükəli olan onun sürfələridir. Kəpənəklər çox hallarda ümumiyyətlə qidalanmırlar. Sürfələr və ya qurdlar isə paltarları dağıdırlar. Onlar həmçinin bağlı bankalar, paket və qutulara daxil olaraq oradakı ərzaqla qidalana bilirlər.
Güvə qurdu
Güvə qurdu