BAKI, 20 okt — Sputnik. Bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyası öz işinə başlayıb.
Konqresin mətbuat katibliyindən daxil olan məlumata görə, Azərbaycanın Konqresdəki nümayəndə heyəti qurumun budəfəki sessiyasında iştirak etməkdən imtina edib. Buna səbəb isə bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi olub.
Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib.