CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobuslarda yeni nəzarət sistemi – izləmə avadanlığı quraşdırılır

GPS treker
GPS treker - Sputnik Azərbaycan
Abunə olmaq
GPS treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, datçiklərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.

BAKI, 20 okt — Sputnik. Avtobuslarda yeni izləmə avadanlığının quraşdırılmasına başlanılıb.

GPS treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, datçiklərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.  

Xüsusilə, sürücülük qabiliyyətinə  nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sisteminin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.

Sürücülük qabiliyyətinin qiymətləndirilməsi prosesi izləmə avadanlığından əldə edilən məlumatın əsasında tərtib olunur. Hesablamanın əsasını sürətin aşması, kəskin sürətləndirmə, əyləc, dönüş və s. göstəricilər təşkil edir. Sistemin köməyi ilə səhlənkar sürücüləri müəyyən etmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq, yanacaq və istismar xərclərinə də xeyli qənaət etmək üçün imkan yaradılır. 

Eyni zamanda, avtomobillərin texniki baxış prosesinin idarə edilməsini avtomatlaşdırmaq məqsədilə hər nəqliyyat vasitəsi üçün ayrılmış elektron xidməti kitabçasının qeydiyyatını və idarə edilməsini təmin edən modul mövcüddur. Bu modulda avtomobilin bütün texniki göstəricilərinin qeydiyyatı və uçotu aparılacaq. Hazırki modul avtomobilin gözlənilmədən sıradan çıxması riskini azaltmaq və onun texniki xidmət xərclərini aşağı salmağa imkan yaradacaq.

Artıq paytaxtda fəaliyyət göstərən  marşrut  avtobuslarına  izləmə avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. 43 marşrut xətti üzrə fəaliyyət gösətərən 640 avtobusda izləmə avadanlığı quraşdırılıb. Həmçinin, dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların çatma vaxtlarının da əks olunması istiqamətində işlər aparılır. Belə ki, avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Bununla da sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.

Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq izləmə cihazları sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılıb. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnəməsi və.s) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaqdır. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə)  ötürə bilir.

Xəbər lenti
0