BAKI, 20 okt — Sputnik. Paytaxtda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə, ilkin olaraq Bibiheybət yolunda, Əhməd Rəcəbli küçəsində, Alfred Nobel prospektində, Rəşid Behbudov küçəsində, Yusif Səfərov küçəsində və Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi zolaqların yaradılması üçün işlərə başlanılıb.
Bu barədə Sputnik-ə NİİM-dən məlumat veriblər.
Bu gün Bibiheybət yolunda xüsusi hərəkət zolaqlarının çəkilməsi işləri yekunlaşıb, sabahdan etibarən isə, Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılacaq.