BAKI, 20 okt — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sputnik-in məlumatına görə, Azərbaycan prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 144, № 9, maddə 677; 2005, № 6, maddə 480, № 10, maddə 910; 2006, № 12, maddə 1055; 2007, № 11, maddələr 1106, 1117; 2008, № 3, maddə 177; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 4, maddə 294; 2011, № 2, maddələr 81, 85; № 6, maddə 494; 2012, № 11, maddələr 1108, 1109; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilib.