BAKI, 20 okt – Sputnik. Suriyalı qaçqınlar üçün hər gecə kafedə toplaşaraq adyal toxuyan İspaniyalı qadınlar dünyaya insanlıq dərsi veriblər. 50 şəhərdən olan müxtəlif yaşlardakı ev qadınları internet vasitəsilə xəbərləşərək hər gecə bir kafedə toplaşır və qaçqınlar üçün isti adyal toxuyurlar.
Kampaniyaya qoşulan qadınların sayı ay ərzində 5 minə çatıb.
Onlar indiyə qədər 1500-ə yaxın adyal toxuyublar.
Toxunulan adyalların üzərinə "sizinləyik" yazılaraq yardım dərnəklərinə, oradan da Suriyadakı düşərgələrə göndərilir.
Kampaniya təkcə İspaniyada deyil, Niderland, Amerika Birləşmiş Ştatları, Çili və Uruqvay kimi ölkələrdə də maraqla qarşılanıb.
Bu ölkələrdən də suriyalı qaçqınlara isti adyallar göndərilir.