BAKI, 20 okt – Sputnik. BMT-nin baş katibi Ban Ki Mun bugün İsrailə ani səfər edəcək.
Bu haqda İsrailin dövlət radiosu məlumat yayıb.
“Hazırda Avropada səfərdə olan Pan Gi Mun Yaxın Şərqdəki təhlükəsizliyə dair məsələləri müzakirə etmək üçün paytaxt Təl-Əvivə gəlməyə qərar verib" deyə məlumatda qeyd olunub.
Səfər öncədən planlaşdırılmadığı üçün bölgə xalqı üçün gözlənilməz olub.
Baş katib İsrailin hökumətinin rəhbəri Binyamin Netaniyahu, o cümlədən Fələstin prezidenti Mahmud Abbasla da görüşəcək.