CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəsarət yetirməyə görə cəzalar sərtləşir

© Sputnik/Fərid BabayevBDU yaxınlığında yol qəzası
BDU yaxınlığında yol qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin iclasında Cinayət Məcəlləsində yol hərəkəti və nəqliyyat vasitələrindən istifadə zaman qaydaları pozanlarla bağlı cəzaların sərtləşdirilməsi ilə bağlı dəyişikliklər müzakirə olundu.

BAKI, 20 okt — Sputnik. Vətənədaşa az ağır xəsarət yetirən şəxslərə qarşı cəzalar sərtləşdirilir.

Sputnik xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində yol hərəkəti və nəqliyyat vasitələrindən istifadə zaman qaydaları pozanlarla bağlı cəzaların sərtləşdirilməsi ilə bağlı  dəyişikliklər müzakirə olundu.

Məcəlləyə nəzərdə tutulan dəyişikliyə əsasən nəqliyyat vasitəsinin idarə edən zaman  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına  az ağır və ya ağır zərər vurulmasına səbəb olan hadisələrə görə 4 ilədək azadlıqdan məhrum edilməklə yanaşı 4 ildək nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi nəzərdə tutulur.

Eyni əməl təkrar edildikdə 5 ildək nəqliyyat vasitəsinin idarə etməkdən məhrum edilməklə yanaşı 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Məcəllədə 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə 5 ilədək nəqliyyat vasitəsini idarə etməkdən məhrum edilməklə bərabər 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məcəllədə avtonəqliyyat vasitələrini keyfiyyətsiz təmirə görə də cəzalar sərtləşdirlir. Belə ki. dəyişikliyə əsasən keyfiyyətsiz təmirə görə 500 manatdan  1000 manatadək, həmçinin bir ilədək həbs qətim imkana tədbirinin seçilməsi nəzərdə tutulur. əgər bu hadisə ölümlə nəticələnərsə o zaman 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Müzakirələrdən sonra adıçəkilən Məcəlləyə dəyişikliklər qəbul edildi.

Xəbər lenti
0