CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“KİV haqqında“ qanuna dəyişiklik edildi

Abunə olmaq
Dəiyşiklik KİV orqanlarının məsuliyyətinin artırılmasını, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatların təkzib olunması və onlara düzəliş edilməsini nəzərdə tutur.

BAKI, 20 okt — Sputnik. İbtidai istintaqın aparılması ilə bağlı “KİV haqqında“ qanuna dəyişiklik edildi.

Sputnik xəbər verir ki. parlamentin bu gün keçirilən iclasında “KİV haqqında” qanuna dəyişiklik müzakirə olundu.

Qanuna nəzərdə tutulan dəyişiklik barəsində məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, istintaqın gedişi və istintaq araşdırmasının mahiyyəti, həqiqətə uyğun olmayan məlumatlarla bağlı qanunun 44-cü maddəsinə dəyişiklik nəzərdə tutulur. Maddəyə “KİV-də cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir” ifadəsi əlavə olunur.

Dəiyşiklik KİV orqanlarının məsuliyyətinin artırılmasını, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatların təkzib olunması və onlara düzəliş edilməsini nəzərdə tutur.

Müzakirlərdən sonra qanuna dəyişiklik qəbul edildi.

Xəbər lenti
0