CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergi borcu olan şəxslərin ölkəni tərk etməsi məhdudlaşdırılacaq

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı Vergi Məcəlləsi, Cinayət Məcəlləsi, “İcra haqqında” qanuna, Mülki Prosesual Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Miqrasiya Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub.

BAKI, 20 okt — Sputnik. Vergi borcu olan şəxslərin ölkəni tərk etməsi məhdudlaşdırılacaq.

Sputnik xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsi, Cinayət Məcəlləsi,  “İcra haqqında” qanunu,  Mülki Prosesual Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər nəzərdə tutulub.

Məsələ Milli Məclisin bu gün keçrilən plenar iclasında müzakirə olunaraq qəbul edildi.

Belə ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 

Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir.

Bundan əlavə olaraq saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma —min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra yuxarıda adı çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər qəbul olundu.

Xəbər lenti
0