BAKI, 20 okt – Sputnik. Kanadada parlamentə keçirilən seçkilǝrin nəticələri açıqlanıb.
23 siyasi partiyanın iştirak etdiyi seçki Liberal partiyanın lideri Castin Turudonun qǝlǝbǝsi ilǝ nǝticǝlǝnib. Bununla da Stefin Harpırın 9 illik hakimiyyətinə son qoyulub.
Ölkədəki siyasi tablonun dǝyişmǝsi xarici siyasǝtdǝ dǝ ciddi dǝyişikliklǝrǝ sǝbǝb ola bilər.
Çünki Liberal partiyanın lideri Turudo seçilǝcǝyi tǝqdirdǝ Kanadanın İraq vǝ Suriyada İŞİD-ə qarşı başlatdığı hava ǝmǝliyyatlarına son qoyacağını bildirmişdi.