BAKI, 20 okt — Sputnik. Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib.
Bu barədə məlumatı Sputnik-ə etibarlı mənbədən təsdiq ediblər.
Qeyd edək ki, bir qədər öncə bu barədə yayılmış məlumatlar təkzib olunurdu.
İlqar Mahmudov 3 gün öncə vəzifədən kənarlaşdırılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.