Hesabatda ölkənin xarici və yerli valyutada olan dövlət istiqrazlarının "Baa3" səviyyəsində müəyyən olunub.Həmçinin agentliyin hesabatında qeydolunur ki, neft qiymətlərinin aşağı düşməsi "qara qızıl"dan asılı ölkə olan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib və tədiyyə balansına təzyiq göstərib. Buna baxmayaraq, ölkənin 2015-ci ilin sonuna 42 mlrd. dollar dəyərində olan xarici aktivləri aşağı neft qiymətlərinə uyğunlaşmağa şərait yaradır.
Bununla bağlı suallarımızı iqtisadçı ekspert Vüqar Bayramlı cavablandırıb.
-Azərbaycanın xarici aktivləri neft qiymətlərinin aşağı düşməsindən sonra ölkə iqtisadiyyatını yaranan əks təsirlərdən qorumaq gücündədirmi?
— İndiki məqamda Azərbaycan hökümətinin əsas strategiyası neftin dünya bazarında aşağı düşməsi fonunda Dövlət Neft Fondunun və eləcə də Azərbaycan ehtiyatlarının qorunub saxlanmasından ibarətdir. 2015-ci ilin yekunları göstərir ki, Azərbaycan aktivləri xarici təsirləri minumlaşdırmaq imkanlarına malikdir. Belə ki, 2015-ci ildə dövlət aktivlərinə qənaət etmək mümkün oldu. Həm dövlət aktivlərinin qənaət edilməsi, həm xüsusən sosial ayırmalarda hər hansı bir çətinliyin olmaması, təqaüd və əmək haqlarının vaxtında ödənilməsi mövcud iqtisadi strategiyanın əsas elementləri kimi xarekterizə edilə bilər. Çünki, səmərəsiz xərclərin qənaət edilməsi və buna uyğun olaraq aktivlərin qorunub saxlanması digər məqsəd isə dövlət büdcəsinin gəlirlərinin azalmasına baxmayaraq sosial ayırmalarda hər hansı bir ixtisarların tətbiq edilməməsidir. Bu baxımdan 2015-ci ilin yekunları pozitiv qiymətləndirilə bilər. 2015-ci ildə neftin dünya bazarında qiymətinin iki dəfəyə yaxın aşağı düşməsinə baxmayaraq, aktivlərdə ciddi azalmalar müşahidə edilməyəcək, sosial ayırmalarda isə hər hansı bir çətinlik yoxdur və deməli büdcə öhdəliklərini yerinə yetirə bildi. Praktik olaraq hökümət kapital və investisiya xərclərinə qənaət etməklə, sosial xərclərin mövcud səviyyəsini qoruyub saxlaya bildi. Sürətli qənaət rejiminin tətbiq edilməsi, aktivlərin qorunub saxlanması stabillik yaratdı.
- Neft qiymətlərinin aşağı düşməsi tədiyyə balansına necə təsir göstərib?
— Qiymətlərin aşağı düşməsi tədiyyə balansına mənfi təsir göstərdi. Çünki, Azərbaycan ixracatının 95 %-i dünya bazarında neftin qiymətinin aşağı düşməsinədək neft və neft məhsulları idi. Hazırda neftin dünya bazarında qiyməti azaldığı üçün balans dəyişib. Qeyri-neft sektorunun tədiyyə balansındakı payı iki rəqəmlidir. Qiymət azalmaları təbii ki, birmənalı şəkildə tədiyyə balansına müsbət təsir göstərmir amma hələ də Azərbaycanın tədiyyə balansında pozitiv prosfiti qorumaq mümkün olub. Neftin dünya bazarında aşağı düşməsi Azərbaycan dövlətinin neft satışından əldə etdikləri gəlirlərin təxminən 2,2 dəfə azalmasına səbəb olub. Amma tədiyyə balansında yenə də kəsr yoxdur. Bu baxımdan 2015-ci ilin sonuna doğru da tədiyyə balansındakı pozitiv tendinsiya, yəni profsit qorunub saxlanacaq. 2016-cı ildə neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düçməzsə, tədiyyə balansındakı profsiti qoruyub saxlamaq mümkün olacaq. Mərləzi Bankın qiymətləndirməsi ondan ibarətdir ki, 2016-cı ildə neftin dünya bazarındakı qiyməti indiki səviyyədə qalarsa, bir barrel neftin qiyməti 50 dollar ətrafında dəyişirsə pozitiv tendinsiyanı profsiti qoruyub saxlamaq mümkündür. Azərbaycan üçün psixoloji hədd neftin dünya bazarında 40 dollardan aşağı düşməsidir.