BAKI, 20 okt – Sputnik. Hollywood-un məşhur filmlərində (Cəsur ürək, Kabus və qaranlıq, İndiana Cons və sonuncu səlib yürüşü, Rembo və s.) rejissor və yardımçı rejissor kimi işləyən Patrick Kinney'in oğlu Lucas Kinney din dəyişdirərək Suriyaya yollanıb. O, Əsədə və İŞİD-ə qarşı döyüşən "əl-Nusra cəbhəsi"nə qoşulub.
Katolik Xristian olaraq yetişdirilən, Londonda anadan olan 26 yaşlı Lucas Kinney İslamı qəbul etdikdən sonra ismini dəyişdirərək Abu Əl-Britani adını alıb.