«Art Garden” qalereyasında gürcü incəsənət günləri keçirilib. Sərgidə tanınmış gürcü rəssamlarımın rəngkarlıq əsərləri, heykəlllər və saxsı məmulatlar təqdim edilib.
Bundan başqa gürcü arxeologiyası – Gürcüstan Qızıl Fondunun e.ə. dövrünə aid unikal nümunələrin surətləri, Axalqro, Trialeti və Vani qazıntıları zamanı tapılmış eksponatlar da sərgidə təqdim edilib. Kolxida mədəniyyətinin nadir metal nümunələri, ənənəvi mavi süfrələr, gürcü suveniri, arakəsməli mina, tikmələr, nadir gürcü geyimləri də nümayiş olunub.
Həmçinin, başqa millətlərlə birgə yaşayışın təsiri ilə məişət və etnoqrafik əşyalarında öz əksini tapmış Şərq və Asiya təsirləri ilə Gürcüstanın, xüsusilə də rəngarəng şəhər olan Tiflisin mədəni simasını təşkil edən xalça və palazar da təqdim edilib.