CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədən çıxışına qadağan qoyulanların siyahısı genişləndirilir

© Maria TabakГраница
Граница - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda vergi borcu olanların ölkədən çıxışına məhdudiyyətlər qoyulacaq.

BAKI, 20 okt — Sputnik. Azərbaycanda vergi borcu olanların ölkədən çıxışına məhdudiyyətlər qoyulacaq.

Sputnik xəbər verir ki, bu məsələ Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulur.

Məcəllənin 9.3.6-1-ci maddənə edilən təklifə əsasən:

"9.3.6-1.  vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda — məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;".

3. 17.1.6-cı maddədə "məhkəmə qərarı" sözləri "məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları" sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 17.1.6-1-ci maddə əlavə edilsin:

"17.1.6-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda — məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;".  

Xəbər lenti
0