CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çin ABŞ-a müharibə elan edib

© Sputnik / Iliy PitalevThe flag of China
The flag of China - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev spikeri Coş Ernest: ABŞ buna görə Çini mühakimə edəcək.

BAKI, 20 okt – Sputnik. “Çin ilə ABŞ arasında keçǝn ay qǝbul edilǝn razılaşmaya baxmayaraq çinli xakerlər ABŞ şirkǝtlǝrinǝ kiberhücumu davam etdirir. Verilən sözləri tutmadığına görə Birləşmiş Ştatlar Çini mühakimə edəcək”. Bunu mətbuata açıqlamasında Ağ Ev spikeri Coş Ernest deyib.

Sadəcə son üç hǝftǝ ərzində çinli hakerlər tǝrǝfindǝn Amerikanın dǝrman vǝ texnologiya şirkǝtlǝrinǝ 7 dǝfǝ kiberhücum olduğunu deyən Ernest Çin hökumətindən açıqlama gözlədiklərini bildirib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama vǝ Çinin hökumət başçısı Şi Cinpinq keçǝn ay Vaşinqtonda keçirdiklǝri görüşdǝ, iki ölkǝ arasında iqtisadi mǝnfǝǝt mǝqsǝdli virtual cinayǝtkarlarla mübarizǝ edilmǝsinǝ dair razılıq ǝldǝ etmişdi. 

Vaşinqton tərəfi kiberhücum fǝaliyyǝtlǝri yürütmədiyini iddia etsə də, Çin hökuməti yerli hökumət strukturlarının dəfələrlə amerikalı hakerlərin hücumuna məruz qaldıqlarını bəyan edir.

Xəbər lenti
0