BAKI, 19 okt — Sputnik. Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“Report”un əldə etdiyi məlumata görə, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mirvətova və polkovnik Füzuli Ələsgərzadədir.
MTN Monitorinq mərkəzinin əməkdaşı Natəvan Mirvətova
MTN Monitorinq mərkəzinin əməkdaşı Natəvan Mirvətova