SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdü

© atvxeber.azElmar Məmmədyarov
Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir gürcüstanlı həmkarı ilə görüşündə, iki ölkə arasındaki delimitasiya məsələsini geniş müzakirə etdiklərini bildirib.

BAKI, 19 okt – Sputnik. “Strateji əməkdaşlıq edən iki ölkə arasında sərhəd problemi olmamalıdır”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşün yekunununa həsr olunmuş mətbuat konfransında deyib. 

Nazir gürcüstanlı həmkarı ilə görüşündə, iki ölkə arasındaki delimitasiya məsələsini geniş müzakirə etdiklərini bildirib.

“Qərara almışıq ki, ilin sonunadək və yaxud 2016-cı ilin birinci rübündə iki ölkənin birgə komissiyasının iclası keçirilsin və bu məsələ tez bir zamanda yekunlaşdırılsın. Əgər biz strateji tərəfdaşlıq edən ölkələriksə, aramızda sərhəd problemi olmamalıdır”, deyə Məmmədyarov əlavə edib.

Öz növbəsində Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətlə yanaşdıqlarını qeyd edib.

İki ölkə arasındakı əməkdaşlığı yüksək dəyərləndirən gürcü nazir bundan sonra da siyasi diqloaqu davam etdirəcəklərini söyləyib. 

Enerji, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın önəmini qeyd edən Krikaşvili Cənub qaz dəhlizinin reallaşmasına sadiqliyini bir daha bəyan edib. Nazir, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmini xüsusi vurğulayıb.

Xəbər lenti
0