Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklarımız iqtisadiyyatın kreditləşməsini aşağı salıblar

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankının göstəricilərinə görə, artıq 6 ay ardıcıl olaraq milli iqtisadiyyatının kreditləşməsi aşagı düşməsi qeydə alınıb.

BAKI, 19 okt — Sputnik. Azərbaycan Milli Bankları iqtisadiyyatın kreditləşməsini aşağı salır. 

Azərbaycan Mərkəzi  Bankının göstəricilərinə görə, artıq 6 ay ardıcıl olaraq milli iqtisadiyyatının kreditləşməsi aşagı düşməsi qeydə alınıb. 

Milli valyutanın devalvasiyasından kecən dövrdə bank kreditləşməsinin həcmi fevraldakı  20,697 mld manatdan avqustda 20,095 mlrd manatadək düşüb. Beləliklə, 6 ay ərzində bank sektorunda kreditləşmənin həcmi 692 mln manat və ya 3,3% azalıb. 

Bank kreditləşməsinin azalması ev təsərrüfatlarının kreditləşməsinə (istehlak, daşınmaz əmlak kreditləri) təsir edib.

2015-ci ilin fevralı ilə müqayisədə avqust ayında ev təsərrfatlarının kreditləşməsinin həcmi 732 mln manat, yəni 8,7% azalaraq 7,684 mln manat təşkil edib. Belə ki, ev təsərrüfatına ayrılan kreditlərin payı fevral ayı ilə müqaisədə iyulda 43%-dən, 38,2%-ə düşüb.

İstehlakçı kreditlərinin azalması Mərkəzi Bank tərəfindən atılan addımlar ilə bağlıdır.

Cari ilin iyul ayı ilə muqayisədə  avqusda vaxtı kecmiş kreditlərin həcmi 51 mln manat məbləgində artaraq, 1,333 mlrd manata çatıb. 2015-ci ilin avqustunda vaxtı kecmiş kreditlərin həcmi ayrımış kreditlərin 6,6%-ni təşkil etdi. Bu isə 2005-ci ildən bəri ən yüksək göstəricidir.

Azərbaycan Milli  Bankının məlumatına  görə, 2014-ci ilin yekunları üzrə ayrılmış kreditlərin  həcmi 18, 542 mlrd manat (23, 638 mlrd dollar), 2013-cü ildə isə 15,423 mlrd manat (19,622 mlrd dollar) təşkil edib.

Xəbər lenti
0