BAKI, 19 okt – Sputnik. Yəmən hökuməti ilə inqilabçı Husi tərəfdarları oktyabrın sonunda İsveçrənin paytaxtı Çenevrədə görüşəcəklər. Bu barədə Yəmənin BMT-dəki xüsusi təmsilçisi İsmayıl Vələd Əş-Şeyh Əhməd jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə tərəflər dialoqu qəbul ediblər və sülhün əldə olunması üçün əllərindən gələni edəcəklər.
Bundan öncə də hökumət tərəfdarları ilə Husi inqilabçılar Cenevrədə bir araya gəlmiş, lakin nəticə əldə olunmamışdı.
Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyində ərəb koalisiya qüvvələri mart ayından indiyədək Husilərə qarşı hərbi əməliyyatları davam etdirir.