SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilər Azərbaycan-Gürcüstan əlaqələrinə zərbə vurmağa çalışırlar

© Sputnik / Irade JELILМубариз Ахмедоглу
Мубариз Ахмедоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün erməni lobbisi Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa cəhd etməkllə Cənubi Qafqazda qeyri-sabitlik yaratmaq istəyir. Bunu Sputnik-ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

BAKI, 19 okt — Sputnik. Bu gün erməni lobbisi Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa cəhd etməkllə Cənubi Qafqazda qeyri-sabitlik yaratmaq istəyir. Bunu Sputnik-ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, erməni lobbisinin iki ölkə arasında münasibətlərin korlanması istiqamətindəki fəaliyyətinə Gürcüstanın indiki hakimiyyətindəki bəzi qüvvələr də qoşulur. “Gürcüstandakı erməni lobbisi hər vəchlə Bakı ilə Tiflis arasındakı münasibətləri korlamağa çalışır. Ermənilər iki ölkə arasındakı mövcud strateji müttəfiqlik münaisbətlərini pozmağa və qarşılıqlı inam və etimadı azaltmağa çalışırlar. Ona görə də bu istiqamətdə əllərindən gələni edirlər. Müxtəlif hiylələrə əl atırlar”, deyə politoloq vurğulayıb.

Son dövrlərdə iki ölkə arsında yaranmış münasibətlərə, xüsusən də Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparması məsələsinə, eyni zamanda XİN rəhbəri Giorgi Kvirikaşvilinin Azərbaycana səfərinə mövqeyini açıqlayan politoloq bildirdi ki, gürcü nazirinin Bakıya səfəri simvolik məna daşısa da, ortada ciddi regional məsələlər var. “Bu məsələlər müzakirə edilməlidir. Müzakirə ediləcək məsələlərdən biri də Gürcüstanın Rusiyadan qaz almaq niyyəti olacaq”, — deyə o bildirib.

Əhmədoğlu bildirib ki, Gürcüstanın indiki hakimiyyəti xeyli vaxtdır digər mənbələrdən qaz alamq üçün axtarışdadır: “Hələ bir müddət əvvəl onlar Qazaxıstan şirkəti ilə danışıqlar apardılar və aparılan danışıqlar uğursuzluqla nəticələndi. Çünki Qazaxıstan şirkətinin irəli sürdüyü şərtlər Gürcüstan tərəfindən qəbul edilmədi. Ondan sonra isə Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparılması məsələsi ortaya çıxdı. Təbii ki, Gürcüstanın enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycan bu məsələlərə həssaslıqla yanaşır və bu da başadüşüləndir.  Ona görə də bu istiqamətdə müzakirələrin aparılmasının əsası var.”

Politoloq onu da əlavə etdi ki, Gürcüstanın indki hakimiyyətinin bəzi nümayəndələri erməni ideologyasının təsiri altında digər ölkələrdən qaz almaqla Azərbaycanı bu ölkənin qaz bazarından sıxışdırmağa çalışırlar: “Amma mən inanmıram ki, “Qazprom” SOCAR-ın Gürcüstana satdığı şərtlərə və güzəştlə qaz satsın. Bu məsələlərin iki ölkə arasında daha geniş formada müzakirəsinə ehtiyac olduğundan XİN başçısının Azərbaycana səfəri çərçivəsində müzakirə baş tutacaq. Bundan əlavə, Azərbaycan prezidenti İlham Əliyevin də Gürcüstana səfəri planlaşdırlır və  görüşlərdə səfər proqramının detallarına da baxılacaq.”

Xəbər lenti
0