BAKI, 19 okt – Sputnik. Türkiyənin Tunceli vilayətində PKK terrorçuları əsgərləri daşıyan hərbi konvoya hücum edib. Yola döşənmiş mina, hərbi texnikanın keçişi əsnasında partladılıb. Hadisədə yaralanan 4 türk əsgərindǝn ikisi xəstəxanada dünyasını dəyişib. Digǝr iki ǝsgǝrin müalicǝsi isǝ davam edir.
Türk ordusu terrorçuların məhv edilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.