QHT-lərin dərdi nədi?

Совет государственной поддержки НПО
Совет государственной поддержки НПО - Sputnik Azərbaycan
Abunə olmaq
Sahib Məmmədov deyir ki, qanunla yanaşı bir neçə normativ hüquqi aktların qəbul olunması zəruridir

QHT-lərin dərdi nədi?
“QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən eləcə də korrupsiya ilə qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun ki, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanuna zidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar” –, bu fikirləri BBC-yə açıqlamasında Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov deyib.   

QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsində əsas məqsəd onların fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir deyən A.Qasımov bildirib ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası Qeyri Hökümət Təşkilatının rəhbəri Sahib Məmmədov hesab edir ki, məqsədyönlü şəkildə vəsaitləri alıb ondan başqa məqsədlər üçün istifadə edən təşkilatlar qanun qarşısında cavab verməlidir. 

“Bizdə şəffaf təşkilatlar çoxdur, özümüzdən misal gətirsək bizim bütün maliyyə hesabatlarımız veb səhifəmizdə yerləşdirilib. Azərbaycanda belə təşkilatlar çoxdur ki, daimi hesabatlıdırlar. Dövlət orqanlarına mütamadi bütün fəaliyyətləri barədə qanunvericilikdə nəzərdə tutulan bütün məlumatları verirlər. Amma, belə olmayan təşkilatlarda həmişə olub. Bu o demək deyil ki, bu bütün vətəndaş cəmiyyətinə aiddir. Məsələyə selektiv yanaşmaq lazımdır. Məqsədyönlü şəkildə vəsaitləri alan ondan başqa məqsədlər üçün istifadə eləyən təşkilatlar əlbəttə ki, qanun qarşısında cavab verməlidir”.

 Sahib Məmmədovun fikrincə Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi bazaya əlavə olaraq bir neçə normativ hüquqi akt qəbul olunmalıdır.

““Qrand haqqında”, “Qeyri-hökümət təşkilatları, ictimai birliklər və fondlar haqqında” qanunlara edilən dəyişiklikdən sonra Nazirlər Kabinetində iki qayda qəbul olunmalıydı; bunlardan biri qrand müqavilələrinin qeydiyyatı ilə bağlıdır, bu artıq qəbul olunub. Biri də qrand verən təşkilatların  Azərbaycanda leqal fəaliyyət göstərməsini tənzimləməliydi. Bu qayadaların olmaması vəziyyəti bir qədər mürəkkəbləşdirir. Qanunvericiliklə yanaşı bir neçə normativ hüquqi aktların qəbul olunması zəruridir. Məsələn son dəyişiklik mütərəqqi dəyişikliyidi, Azərbaycanda olan dövlət orqanlarına donor qismində çıxış etmək hüquqi verildi. Xüsusi qaydalar hazırlanmalıdır, o qaydalara görə qrandları verən dövlət orqanları Prezident yanında QHT-lərə dövlət dəstəyi şurası ilə bunu razılaşdırmalıdır. Bax bunları tənzimləyən qanunlar hələ yoxdur”.

Azər Qasımov deyir ki, Azərbaycanda bütün QHT-lər sərbəst fəaliyyət göstərir. Yerli vətəndaş cəmiyyəti təmsilçilərinin birləşdiyi Milli QHT Forumu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir. 

Xəbər lenti
0