BAKI, 19 okt – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçılığı sarayında Almaniya kansleri Angela Merkeli qəbul edib. İki liderin görüşündə əsas müzakirə mövzusu terrorla mübarizə və qaçqın böhranı olub. Görüşdən sonra təşkil edilən mətbuat konfransında Ərdoğan, terror şəbəkələrinə qarşı birgə hərəkətin vacibliyini qeyd edib.
Öz növbəsində Angela Merkel Ərdoğana, Suriyalı və İraqlı qaçqınlara göstərdikləri yardıma görə təşəkkür edib. O, Türkiyənin indiyədək 2 milyondan artıq miqrantı qəbul etdiyini xatırladıb. Almaniya kansleri, qaçqın axınının artacağını, bu axının Türkiyə vasitəsilə Avropa Birliyi ölkələrinə də yönələcəyini söyləyib.
“Qaçqın böhranı ilə bağlı məsələdə Türkiyənin yükünü azaltmaq lazımdır və biz bunu mütləq etməliyik”
Ərdoğan ilə Merkelin növbəti görüşü noyabr ayının sonunda Antaliyada keçiriləcək G20 (Böyük 20-lər) zirvə toplantısında baş tutacaq.