BAKI, 19 okt — Sputnik. Türkiyədə tanınmış müğənni intihar edib.
Türkiyə mətbuatının xəbərinə görə, “Ankaralı Namık” ləqəbi ilə məşhurlaşan Namık Uğurlu özünü 7-ci mərtəbədən ataraq, öldürüb. Müğənninin son zamanlar maddi çətinlik çəkdiyi, bu səbəbdən depressiyaya düşdüyü bildirilir.
Uşaq yaşlarında saz çalmağı öyrənən, kazinolarda çıxış edən “Ankaralı Namık” onlarla mahnının müəllifidir.