Dünyanın ən soyuq nöqtəsi

© NASA/Michael StudingerЛедники и горы в Западной Антарктиде
Ледники и горы в Западной Антарктиде - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ alimləri peyk vasitəsi ilə dünyanın ən soyuq nöqtəsini müəyyənləşdiriblər.

BAKI, 18 okt — Sputnik. ABŞ alimləri peyk vasitəsi ilə dünyanın ən soyuq nöqtəsini müəyyənləşdiriblər. Antarktida qitəsində 4 min metr yüksəklikdə yerləşən nöqtədə temperaturun Selsiylə mənfi 93.2 dərəcəyə endiyi bildirilir.

Göstərici dağ ətəklərindəki soyuq hava yarğanlarında müşahidə olunub.

“Belə aşağı temperaturları təsəvvür etmək çətindir”, deyə Kolorado ştatındakı Qar və buz məlumatları üzrə ABŞ Milli Mərkəzindən Ted Scambos bildirib.

Onun sözlərinə görə, şaxtalar Alyaska və Sibirin ən soyuq yerlərindəki temperaturdan 50 dərəcə aşağıdır.

«Bu şaxtalarla müqayisədə Şimali Amerkanın bəzi yerlərində hazırda yaşanan soyuqlar mülayim görsənir», Ted Scambos əlavə edib.

Bundan öncəki şaxta rekordu da Antarktidaya məxsusdur.

1983-cü ildə Rusiyanın Vostok stansiyasında soyuqlar mənfi 89.2 dərəcəyə enib.

Müqayisə üçün dünyanın ən isti yeri İranın cənub şərqində yerləşir.

2005-ci ildə Daşt-e Lut səhrasında qeydə alınan ən isti hava müsbət 70.7 dərəcə təşkil edib.

Xəbər lenti
0