CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ prezidentinin başına komik hadisə gəlib

© wonderwhiteBarak Obama qolf oynayarkən Toub cütlüyünün toyuna gəlib çıxıb
Barak Obama qolf oynayarkən Toub cütlüyünün toyuna gəlib çıxıb - Sputnik Azərbaycan
Abunə olmaq
Barak Obama itmiş qolf topunu axtararkən toya gəlib çıxıb.

BAKI, 18 okt — Sputnik. ABŞ prezidenti Barak Obama San-Dieqoda Qolf kursunda (Torrey Pines Golf Course) olarkən təsadüfən Stefani və Brayan Toubların toyunun qonağı olub. Bütün günahlar, əlbəttə ki, oyun zamanı "itkin düşmüş" qolf topunda olub. 

Sputnik "Wonderwhite"a istinadən xəbər verir ki, Barak Obama hər şənbə günü San-Dieqodakı Torrey Pines klubuna qolf oynamağa gedir. Həmin gün Toub cütlüyü orada toylarını təşkil ediblər və prezidentin orada olacağını bildiklərindən, hər şeyi elə planlaşdırıblar ki, ona mane olmasınlar. Amma prezident özü onlara mane olub. Dövlət başçısının cədvəli gözlənilmədən dəyişib və Toubların toyunda müvəqqəti fasilə yaranıb. Hər şey prezidentin qolf topunu nişan aldığı çalaya zərblə atmasından sonra başlayıb. Top çalaya yox, Toubların toy məclisinə düşüb. Topun dalınca ziyafətin keçirildiyi yerə gələn Barak Obama cütlüyün toyunda fasilənin yaranmasına səbəb olduğu üçün üzrxahlıq məqsədilə evlənən cütlüklə şəkil çəkdirib və toydakı 60 qonağın tək-tək əlini sıxıb.

«O saat başa düşdüm ki, biz aşağı, onun yanına düşməliyik. Mən cazibədar toy fotosu çəkdirmək üçün onun yanına qaçdım. Kaş ki, toy planını pozan adam elə ölkənin prezidenti olsun, bu heç də pis variant deyil», — deyə Stefani bildirib.

© wonderwhiteBarak Obama Toub cütlüyünün toyunda
Barak Obama Toub cütlüyünün toyunda - Sputnik Azərbaycan
Barak Obama Toub cütlüyünün toyunda

Xəbər lenti
0