CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uğurun düşmənləri kimlərdir?

© blog.wallstreetsurvivor.comTənbəl
Tənbəl - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik uğur qazanmağa mane olan amilləri təqdim edir.

BAKI, 18 okt-Sputnik. Bütün insanlar doğulanda bərabər fiziki və əqli keyfiyyətlərlə doğulurlar. Hamıda iki göz, iki qulaq, bir ağız, bir burun, iki əl, iki ayaq, bir baş, bir gövdə və s. olur. Bütün keyfiyyətlər bütün insanlarda var: kimində birindən bir az çox, kimində birindən bir az az. Şüur da ki, insanın əzəli brendidir. Bəs necə olur ki, dünyadakı bir qrup insanlar uğurlu olurlar, böyük əksəriyyət isə uğursuz? Bu heç də şansa, doğuluşdan uğurlu olmağa, həyatın şərtlərinə və s. bağlı deyil. Uğur genetik, irsi də deyil ki, nəsildən nəsilə ötürülə. Uğura sadəcə o adamlar nail olurlarlar ki, uğura doğru məqsədyönlü şəkildə gedirlər və bu yolda qarşılarına çıxan maneələri var gücləri ilə yox etməyi bacarırlar. Uğur əldə etməyin ilk yolu, irəli getməyə mane olan vərdişlərdən əl çəkməkdir. Sputnik "Kayzen"ə istinadən uğurun ilk 3 düşmənini sizə təqdim edir.      

1. Uğurun ilk düşməni tənbəllikdir.

Uğur qazanma yolunda sənin ən böyük düşmənin tənbəllikdir. Burada sizə tənbəlliyin tərifini açası deyilik. Onu hamımız az-çox tanıyırıq. Tənbəllik insan qarşısına çıxan, onunla kişi kimi savaşan bir düşmən deyildir. Əksinə, qədim sehirli nağıllardakı qəhrəmanlar kimi, obrazlı desək, cilddən-cildə girərək və min bir hiylə quraraq məğlub etməyə çalışan bir nakişidir. Təhlükənin böyüklüyü də buradan irəli gəlir. Tənbəlliyin digər adları ölgünlük, ərincəklik, yüngüllük, yelbeyinlik, ətalətlilik, keylik, kefcillik, cansevərlikdir. Tənbəllik aktyor kimi tez-tez rolunu dəyişir. Bəzən səmimi və yaxşılığını istəyən dost görkəmi alır. Bəzən ən ədalətli insan olur, yorğun düşür, xəstə olur. Bəzən iş tutan kimi görünür, amma heç bir iş görmür.
— Əşi, sən də… Çalışanlar nə qazanıblar ki!?
— Beş günlük dünyadı, özünü yorma, çalışmaq adam üzəndi
— Həyat dediyin bir fürsətdi, bəxtin olsa hər şeyin olacaq. Bəxtin yoxsa özünü yırtsan da bir şey hasil olan deyil.
— Bir iş olacaqsa, arxası üstə yatsan da olacaq.
— İndi kefin yoxdu, sabah edərsən..
— Sənə çalışmaq düşmür, iştahan qaçır, nəşən sönür.
— Xasiyyət belə olar: Mən il boyu kitab, dəftər qoltuğumda gəzməkdən, kitabxanalarda mürgü vurmaqdan xoşlanmıram… İmtahana bir ay qalmış hazırlaşıram, imtahanlardan yağ kimi keçirəm.
— Nədənsə imtahana yaxın beynim açılır, zehnim itilənir, il boyu sanki yuxudaymışam.
— Həm də nə mənası var, onsuzda hamımız öləcəyik də, yerimiz birdir — qəbir…

Tənbəlliyin kitabında daha nələr var, nələr!

2. Uğurun başqa bir düşməni pis yoldaşdı.
Yoldaş seçimində çalışqan, düzgünlüyü və yaxşılığı sevən xüsusiyyətlərinə sahib birisinə üstünlük vermək məsləhətdir.

3.Uğurun bir düşməni də pis örnəkdir.
Qarışqa səbri iə çalışıb qazanılan misilsiz həyatın dadını, təəssüf ki, bunlar qaçırır. Hər pislik kimi, pis örnəklərin içlərinin pisliyini göstərən, zəhərli bir dili və fəlsəfəsi vardır. Bu fəlsəfənin ana xəttini " eqosentrizm" deyilən, sırf özünü düşünmə və özünü bütün varlıqların mərkəzində və hər şeydən üstün saymaqdır. Ehtiyatlı ol və bunları özünə rəhbər tutma. Fırıldaqçılığın və tüfeyliliyin dəbdəbəli həyatından gözlərin qamaşmasın. Bil ki, insana yaraşan yol — doğruluq və namusluluqdur. Namusluluq, insan öz vicdanı ilə baş-başa qaldığı zaman ona verəcək utandırıcı hesabın olmaması deməkdi. Bu isə məsudluğun və daxili sakitliyin olması üçün vacib şərtlərdəndir. Bütün bunlara qarşı iki böyük silah var: İradəli olmaq və səbirlə çalışmaq.

Xəbər lenti
0