CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qaydaları oxuyun ki, oxuduqlarınızın 80%-i yadınızda qalsın

CC0 / kaboompics / thinkigDüşünən adam - yaddaş problemi
Düşünən adam - yaddaş problemi - Sputnik Azərbaycan
Abunə olmaq
Statistikaya gorə, insan nəyisə oxuduqdan hətta 24 saat sonra yaddasında qalan informasiya cəmi 20% təşkil edir.

BAKI, 18 okt-Sputnik. Oxu olmadan müasir insanın həyatını təsəvvür etmək çətindir. Mütəxəssislər hesab edirlər ki, hətta televiziya ve radioda bizə ümumi intellektual inkisaf ücün zəruri olan informasiyanı bütünlüklə verməyə qadir deyil. Statistikaya gorə, insan nəyisə oxuduqdan hətta 24 saat sonra yaddasında qalan informasiya cəmi 20% təşkil edir.

Əgər mütaliə metodlarından doğru və tam istifadə etsəniz, bu rəqəm 80%-dək arta bilər. Bundan əlavə, həmişə çalışmaq lazımdır ki, sizə maraqlı olan və sizi motivasiya edəcək məlumat, məqalə, kitab və s. oxuyasınız. Əks halda, bir müddət sonra siz oxuduqlarınızı heç vaxt tam xatırlaya bilməzsiniz.
Sputnik "Kayzen"ə istinadən oxuduqlarınızın daha yaxşı yadda qalması üçün sizə bu qaydaları yadda saxlamağı tövsiyə edir:

1. Psixoloqlar tez-tez informasiyanın daha yaxşı yadda qaldığını qeyd edirlər. Bundan basqa, çalışın mətni xətt üzrə ziqzaq şəkilli oxumaqdansa, üstdən aşağı (bir baxışda bir cümlə və ya daha çox) oxuyasınız. Oxuyarkən heç zaman geri qayıtmayın bir söz və ya cümləni bir neçə dəfə oxumaq yolverilməz haldır. Belə edərkən informasiya qəbulu daha da pisləşir.

2. Hər hansı informasiya ən yaxşı səhərlər yadda qalır. Beyin səhərlər və gecə informasiyanı daha yaxşı qəbul edir. Bu vəziyyət insanların beyninin işləmə prosesinə uyğun olaraq fərqli də ola bilər.

3. Heç vaxt bərkdən, səsli tərzdə oxumayın. Bu sizin oxuma sürətinizi azaldır, beyni, həmçinin, sinir sistemini tez yorur. Həmişə səssiz oxumaq lazımdır.

4. Hər bir yazını bitirdikdən sonra oxuduqlarınız haqqda qeydlər aparmağı unutmayın. Məsələn, bədii ədəbiyyat oxuyursunuzsa, oradakı bəyəndiyiniz sözləri, şeirləri, aforizmləri və s. qeyd edin. Bu həm sizin söz bazanızı artıracaq, həm də, ən əsası siz bir müddət sonra həmin yazını yadınıza salmaq istədikdə qeydlərə baxmaqla oxuduqlarınızı xatırlaya biləcəksiniz.

5. Çalışın oxuduqlarınızı ailə və ya dostlarınızla müzakirə edəsiniz.

6. Hər hansı sənət əsərini oxuduqda, çalışın onun haqqında olan ədəbi-tənqidi fikirləri də oxuyasınız.

7. Unutmayın! Siz oxuduqlarınızı kiməsə danışmaq, onlarla fikirlərinizi müzakirə etməklə məlumatları beyninizdə təkrarlamış olursunuz.

Oxumazdan əvvəl yerinizin rahat olması, əhvalınızı yaxşı olması vacibdir. Əgər yorğunsunuzsa, əhvalınız pisdirsə, oxuduqlarınızın yadda qalması sual altındadır və əksər hallarda əlavə vaxt itkisidir.

Xəbər lenti
0