Bir həftədən sonra saatlar bir saat geri çəkiləcək

© mombizcoach.comZaman
Zaman - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 25-də saat 5:00-da Azərbaycanda yay vaxtı ləğv ediləcək.

BAKI, 18 okt-Sputnik. Bu il oktyabrın 25-də saat 5:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək.

Sputnik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il martın son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

Xəbər lenti
0