BAKI, 18 okt — Sputnik. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Saatlı rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Sputnik-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:00-də söndürülüb.