CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədi olmayan evlər söküləcək

© kreditplaza.azQanunsuz tikilən evlər söküləcək
Qanunsuz tikilən evlər söküləcək - Sputnik Azərbaycan
Abunə olmaq
İsrafil Kərimov: "Dostluq parkı" ərazisində qanunsuz inşaat işləri aparılıb, 40-dan çox qeyri-qanuni fakt aşkarlanıb"

BAKI, 16 okt-Sputnik. Səbail rayonunda qanunsuz tikililərlə bağlı aparılan reydlər yalnız sənədi olmayan evlərlə bağlıdır.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.

Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan "Dostluq parkı" ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanan tikililərin artıq söküldüyünü deyən şöbə müdiri qeyd edib ki, reydlər davam etdiriləcək: "Rayondakı qanunsuz tikililərlə bağlı araşdırma aparmaq üçün qrup yaradılıb. İcra hakimiyyətinin nümayəndələri qrupun tərkibində sözügedən ərazidə araşdırmalar aparır. "Dostluq parkı" ərazisində qanunsuz inşaat işləri aparılıb. 40-dan çox qeyri-qanuni fakt aşkarlanıb".

Şöbə müdiri aparılan reydlərin və sökülmənin sənədi olan tikililərə aid olmadığını vurğulayıb:

"Sənədləri qaydasında olan tikililərin sahiblərinin reydlərlə bağlı narahatlığına əsas yoxdur. Həmin ərazidə tikinti aparan şəxslərin evin tikintisinin aparıldığı torpağa aid dövlət qeydiyyatı sənədi varsa, bu işlər dayandırılmayacaq"

Xəbər lenti
0