BAKI, 16 okt-Sputnik. Kürd silahlıları ABŞ təyyarələrinin Suriya ərazisinə atdığı silah-sursatın bir hissəsini ələ keçirib.
Sputnik xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.
"Bildiyimə görə, silah-sursatın çox hissəsi Suriya ərəb qüvvələrinin, müəyyən hissəsi isə kürdlərin əlinə keçib" — Kuk deyib.
Kuk ABŞ-ın İŞİD-lə mübarizə çərçivəsində Suriya müxalifətinə dəstəyini hazırkı mərhələdə və gələcəkdə davam etdirmək niyyətində olduğunu bir daha təsdiqləyib.
Bundan əvvəl KİV-lər ABŞ-ın hərbi yük təyyarəsinin Suriyanın mötədil müxalifətinə 50 ton silah-sursat çatdırdığını bildirmişdilər.