CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxmənzilli binaların idarə olunması vətəndaşların özlərinə verilir

В настоящее время уже построено несколько жилых блоков Олимпийской деревни.
В настоящее время уже построено несколько жилых блоков Олимпийской деревни. - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların özləri tərəfindən çoxmənzilli binaların idarə olunmasına marağın artmasını nəzərə alaraq bu istiqamətdə fəaliyyətini davam etdirir.

BAKI, 15 okt — Sputnik. Çoxmənzilli binaların idarə olunması vətəndaşların özlərinə verilir.

Bu barədə Spuntik-ə nməlumat İqtisadiyyat və Sənaye Nazirliyindən verilib.

Nazirlikdən bildirilib ki, vətəndaşların özləri tərəfindən çoxmənzilli binaların idarə olunmasına marağın artmasını nəzərə alaraq bu istiqamətdə fəaliyyətini davam etdirir.

Artıq bunun nəticəsidir ki, çoxmənzilli binaların idarə olunması ilə bağlı təkcə Bakı şəhərində yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) sayı 16-ya çatıb.

Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsindən irəli gələn məsələlərin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılmasının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.

Görülmüş tədbirlərin nəticəsidir ki, Bakı şəhəri üzrə Binəqədi və Yasamal rayonlarının hər birində 4, Xətai rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 2 və Nərimanov rayonu üzrə 1 MMMC olmaqla, artıq dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin ümumi sayı 16-ya çatıb.

Hazırda ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq işlər davam etdirilir.

Xəbər lenti
0