CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik 350 nəfər məhbusa peşə təhsili verib

© FlickrMəftil
Məftil - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 350 nəfər məhbusa peşə təhsili verib.

BAKI, 15 okt — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 350 nəfər məhbusa peşə təhsili verib.

Yeni peşəyə yiyələnən məhbuslar Qobustan rayonunda inşa edilən Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin tikintisində çalışacaqlar.

Bu barədə Sputnik-ə məlumat ƏƏSMN-dən daxil olub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin dəstəyi ilə bir sıra penitensiar müəssisələrdəki məhkum şəxslər üçün mütəmadi olaraq peşə hazırlığı kursları təşkil olunur.

ƏƏSMN və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına səmərəli inteqrasiyasının dəstəklənməsi  istiqamətində tədbirlər həyata keçirilir.  

Bu istiqamətdə növbəti tədbirlər kimi, ƏƏSMN-nin dəstəyi ilə Bakı şəhərinin Xətai rayonundakı 7 saylı uşaq tərbiyə müəssisəsindən 16 nəfər məhkum üçün kompyuter texnikasının təmiri ustası, 4 saylı cəzaçəkmə müəssisəsindən 11 nəfər və Qaradağ rayonundakı 8,12,13 saylı cəzaçəkmə müəssisələrindən 48 nəfər məhkum üçün aşbaz köməkçisi peşələri üzrə peşə hazırlığı kursları təşkil edilib.

Peşə təlimi penitensiar müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında  aparılır. Kurslara cəlb olunan həmin şəxslər cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra yaşadıqları rayon və ya şəhərin məşğulluq orqanları tərəfindən onların qeyd olunan peşələr üzrə münasib işlərlə təminatına köməklik göstəriləcək. 

Ötən il və cari ilin 9 ayında ƏƏSMN-nin dəstəyi ilə ümumilikdə 350 nəfər bu təbəqədən olan şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. 

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər ƏƏSMN tərəfindən minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ilə də təmin olunur.

Hazırda ƏƏSMN-nin sifarişi ilə qeyd olunan şəxslər üçün Qobustan rayonunda inşa edilən Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi onların hüquqlarının, qanuni mənafelərinin qorunması və sosial adaptasiyası istiqamətində işləri yerinə yetirəcək.


Xəbər lenti
0