CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin IV çağırışda son iclasının gündəliyi dəyişdirilib

Abunə olmaq
Oktyabrın 20-də keçiriləcək iclasın gündəlyindəki məsələlərin sayı 25-dən 33-ə qaldırılıb.

BAKI, 15 okt — Sputnik. Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının gündəliyi dəyişdirilib və gündəliyə əlavə layihələr salınıb.

MM-dən verilən məlumata görə, oktyabrın 20-də keçiriləcək iclasın gündəlyindəki məsələlərin sayı 25-dən 33-ə qaldırılıb. Gündəliyə 2016-cı il üzrə büdcə zərfinin təsdiqi ilə yanaşı, bir neçə ölkə ilə Azərbaycan dövlətinin imzaladığı sazişlər, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “İnformasiya əldə etmək haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər salınıb.

Xatırladaq ki, son iclasın tarixində də dəyişiklik olunub, oktyabrın 23-də keçirilməsi nəzərdə tutulan iclas ayın 20-ə təyin edilib.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

Xəbər lenti
0