Belə ki, açıqlıq və legitimlik – xarici ölkənin ərazisində hərbi əməliyyat olsa belə, Rusiyanın xarici siyasətinin təməlidir.
Qanun qanundur
30 sentyabr 2015-ci il tarixində Suriyada İŞİD-ə qarşı Rusiya hava əməliyyatlarının başlanmasınadək Suriya ərazisinə qanuni icazə olmadan 11 dövlət tərəfindən raket zərbələri endirilirdi. Belə beynəlxalq dəbin yaradıcısı ABŞ oldu.
Lakin insanlara, hər hansı bir sivil ölkənin cəmiyyətinə Suriya probleminin həllinə aid ətraflı izahat lazımdır: Suriyanı niyə bombalamaq lazımdır? Hətta “The Financial Times” İngilis qəzeti də etiraf edir ki, “Siyasət, hüquq və fəaliyyət əlaqəlidir… Suriyaya hava hücumları üçün hər hansı bəhanə hərbi və hüquqi əsaslandırma tələb edir”. Rusiyanın buna bütün əsasları var.
Suriyada hava əməliyyatlarına başlamazdan əvvəl Rusiya dünyaya qanuni səlahiyyətlərini, hərbi vasitələrini, eləcə də yaxın və uzunmüddətli məqsədlərini təqdim etdi. O, terrorizmə qarşı mübarizənin səmərəliliyinin artırılması üçün bütün maraqlı tərəflərə ona qoşulmağı təklif etdi. Təəssüf ki, Qərb tərəfdaşları uyğunsuzluq göstərirlər – nə özləri İŞİD-ə qalıb gələ bilirlər, nə başqalarına kömək edirlər.
Rusiyanın Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiya iştirakçılarına İŞİD-in fəaliyyəti ilə bağlı kəşviyyat məlumatlarının bölüşdürülməsini təklif etdi.
Terrorla mübarizəni bizim tərəfdaşlarımız başqa cür anlayırlar və ya öz qaydalarına görə hərəkət etməyə üstünlük verirlər. Pentaqon Rusiya həmkarları və dünya ictimaiyyəti üçün maksimum bağladıdır. ABŞ Koalisiyasının üzvləri də kor-koranə Pentaqonun arxasınca gedirlər.
Yaxın Şərqdə daha yaxşı başa düşürlər. Bağdadda dördtərəfli İnformasiya Mərkəzi, Rusiya raketləri tərəfindən üç dövlət ərazisindən İŞİD-ə vurulan zərbələr, eləcə də Rusiya ilə İsrail Baş Qərargahlarının əməkdaşlığı yolu ilə Suriya üzrə bir neçə ölkənin hərbi idarələrinin koordinasiyası artıq reallıqdır. Rusiya ABŞ tərəfindən Yaxın Şərqdə yaradılan qarışıqlığı sistematik olaraq həll edir.
Oktyabrın 11-i Vladimir Putin Səudiyyə Ərəbistanın müdafiə naziri Məhəmməd ibn Salman Əl Səud ilə görüş keçirilib. Rusiya və Səudiyyə Ərəbistan Suriyadakı terrorçulara qarşı mübarizədə hərbi və kəşfiyyat agentlikləri arasında əlaqə yaratmaq barədə razılığa gəliblər. Bu hadisə Rusiyanın ərəb dünyasında yüksək nüfuza sahib olduğunu, Suriyada Rusiya hərbi əməliyyatlarının legitim və konstruktiv olduğunu bir daha təsdiq etdi. Moskvada da Rusiya ilə Səudiyyə Ərəbistanın ümumi məqsədləri olduğu qeyd olundu — vahid Suriya dövlətini qorumaq və İŞİD-i məhv etmək.
Rusiya, onun xarici və müdafiə nazirlikləri beynəlxalq ictimaiyyətə şəffaflıq nümayiş etdirirlər. ABŞ və koalisiya liderlərinin isə planlaşdırdıqları, dedikləri və etdikləri tam fərqli olur. Bu da öz növbəsində uğurlu əməkdaşlığa və münaqişənin həllinə imkan vermir. Suriya bunun bir parlaq nümunəsidir.
ABŞ siyasətinin ikiüzlülüyü bir çox dövlətlərdə ikrah doğurur. Belə ki, Nyu-Yorkda BMT Baş Assambleyasında Suriya probleminə toxunan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif birbaşa amerikalılara müraciət edib: “Siz niyə oradasız? Kim sizə orada olmaq hüququ verib?”
Obama administrasiyası Yaxın Şərqdə tam çökdü. Eyni zamanda Moskva, Tehran, Bağdad və Dəməşqin vahid cəbhəsi İSİD-ə qarşı ən çox ona görə fəaliyyət göstərir ki, Rusiya öz maraqlarını açıq şəkildə bildirir. O, öz maraqlarını demokratik dəyərlər ritorikası arxasında gizlənmədən qoruyur.
Açıqlıq konsepsiyası
Rusiya müdafiə nazirliyi dövlət siyasətinin davamı kimi Suriyada açıqlıq konsepsiyasını reallaşdırır. Təsadüfi deyil ki, Suriya XİN-i də bu açıqlığın görünməmiş bir səviyyədə olduğunu qeyd edir. Digər maraqlı tərəflərin qüvvələrinin açıq şəkildə birləşməsinə nə mane olur? Xüsusən də söhbət puldan deyil, regional təhlükəsizlikdən gedir.
Heç bir xarici hərbi qüvvə daxili-siyasi problemləri həll edə bilməz, lakin yenə də Rusiyanın Suriyada hava əməliyyatları güc düzəlişinin xeyirli nümunəsidir. Bu təcrübə regionun digər ölkələrində də lazım ola bilər.
Aleksandr Xrolenko,
“Rossiya seqodnya” BİA-nın şərhçisi