Əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək

© Sputnik, Али МамедовСамир Алиев
Самир Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: “İnhisarçılıq aradan qalxmalıdır kiçik və orta sahibkarlıq inkişaf etsin”

Əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək
“Bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin  2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Milli Məclisin 13 oktyabr iclasında “2016-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov çıxışında bildirdi ki, dünyada müşahidə olunan iqtisadi çətinliklərə baxmayaraq, Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfi növbəti ildə də iqtisadi artımın olacağını göstərir. 

Bununla bağlı suallarımızı iqtisadçı ekspert Samir Əliyev cavablandarıb.

- Bu ilin geridə qalan 9 ayı ərzində iqtisadiyyatın vəziyyətini necə qiymətləndirirsiz?

—  9 ay ərzində iqtisadiyyatın vəziyyətini qiymətləndirdikdə, təbii ki, heç də asan keçmədi. Yəni əvvəlki illərlə müqayisədə çətin bir dövr oldu. Səbəb isə neftin ucuzlaşması nəticəsində neft gəlirlərinin kəskin azalması istər ölkəyə, istərsə də Dövlət Neft Fonfduna gələn gəlirlərin azalması ilə yadda qaldı. Sonra fevral devalvasiyasının nəticəsində bank sektoru çox böyük bir zərbə aldı. Kreditləşmə kredit qoyuluşu azaldı, əmanət qoyuluşunda azalma müçahidə edildi. Büdcə xərclərinin azaldılması, yəni büdcədə investisiyaya yönəldilən vəsaitlərin azaldılması səbəbindən investisiya qoyuluşu azaldıldı. Buda iş yerlərinin azalmasına, bağlanmasına bəzi lahiyələrin yarımçıq qalmasına gətirib çıxartdı. Yəni ümumən götürəndə bu 9 ay pul azlığı müşahidə ölkədə əsas səbəb isə qeyd etdiyim kimi dünya bazarında neftin ucuzlaması oldu.

- Ölkənin əlavə gəlir mənbələri kimi kənd təsərrüfatı, sənaye və turizm sektoru o cümlədən kiçik və orta sahibkarlıq göstərilir, sizcə bu sahədə hansı addımlar atılmalıdır? 

—  Neft gəlirlərinin azaldılması hökümət üçün qarşıya qeyri-neft sektorunun inkişafı kimi bir məqsəd qoyulub. Yəni əslində neçə vaxtdı bu məqsəd var hökümətin qarşısında neft gəlirlərin azaldılması bunun daha da vacibliyini göstərdi. 2016-cı il dövlət büdcəsi də göstərdiki əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək. Qeyri-neft sekoru dedikdə ilk növbədə bizim gözümüzün qarşısına kənd təsərrüfatı gəlir və təsadüfü deyil ki, bu ildə “Kənd təsərrüfatı ili” elan olundu. Bu baxımdan düşünürəm ki, kənd təsərrüfatının  inkişaf etdirilməsinə çox böyük ehtiyac var. Hökümət bu sahəyə diqqəti artırmalıdır. İxrac potensialın güclənməsi üçün birinci pul-kredit siyasəti ona münasib olmalıdır. Yəni manatın məzənnəsi elə bir maksimal həddə olmalıdır ki, bizim istehsal etdiyimiz məhsullar qiymət baxımından rəqabətə tab gətirə bilsin. Məsələn, kənd təsərrüfatı məhsulları hara ixrac edilir Rusiyaya. Rusiyada da rublunun ucuzlaşması bizim ixracımız üçün problem yaradır. Düşünürəm ki, buna görə hökümət birinci pul-kredit məsələlərinə diqqət yetirməlidir. Kənd təsərrüfatı sahəsinə bu gün güzəştlər var, amma eyni zamanda təkcə xammal sahəsində güzəştlər yox, həm də emal sahələrinə şərait yaradılmalıdır. Praktiki olaraq regionlarda istehsal olunan məhsulların satılması ilə bağlı çox böyük problemlər var, ona görə də kəndli məhsul əkmək də maraqlı olmur. Düşünürəm ki, Bakı şəhərində imkan yaradılmalıdır ki, kənd sakini kənddə istehsal etdiyi məhsulu rahatca heç bir maneə olmadan gətirib sata bilsin. Emal müəssisələri mövcuddur və onlar çalışmalıdır ki, kəndlərdə istehsal olunan məhsulları alsınlar. Dövlət sifarişi məsələsi gündəmə gəlməlidir, yəni söhbət ondan gedir ki, tutaq ki, taxıl əkir amma onun qiyməti elə ucuz olur ki, onu satmaq fermerə sərf eləmir. Ona görədə hökümət qabaqcadan fermerlər üçün qiymət müəyyənləşdirməlidir və fermerdə həmin qiymət əsasında öz işini görməlidir. Bundan başqa kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir. Yəni bu tək ticarətdə deyil istehsalda da özünü göstərilməlidir. Bizdə ərzaq sahəsində kifayət qədər inkişaf olsa da, qeyri ərzaq sahəsinə misal üçün ayaqqabı, geyim, yüngül sənayeyə diqqət artırılmalıdır.

- 30 minə yaxın iş yerinin bağlandığı deyilir, 2016-cı ildə bu proses davam edəcəkmi? Çıxış yolunu nədə görürsünüz? 

—  Əslində 30 min iş yerinin bağlanması rəsmi məlumatdır. Çox güman reallıqda daha çoxdur. Bu neftin azalmasının, qiymətinin ucuzlaşması fəsadlarıdır. Dövlət büdcəsindən investisiyaya pul ayrılanda kifayət qədər dövlət sifarişi vardı, bununla da tikinti sektoru canlanmışdı. Bu ixtisarlar tikinti sektorundadı bu gün neftin qiymətinə görə dövlət büdcəsindən investisiyalar məhdudlaşdırılır, ona görədə tikinti sektorunda kifayət qədər ixtisarlar mövcuddur. Digər sektor bank sektorudur ki devalvasiya nəticəsində aldığı zərbəyə görə artıq filialların birləşməsi, bağlanması, işçilərin ixtisarı kimi proseslər gedir. Sonra digər müəssisələrdə, obyektlərdə bu gün faktiki olaraq sahibkarların kreditə əsaslanmağı şətinləşir. Yəni sahibkar kredit alıb öz biznesini qura bilmədiyindən ən yaxşı halda biznesini genişləndirmək imkanından məhrum olur və yaxudda biznesini məhdudlaşdırmaq məcburiyyətində qalır. Belə olan halda da təbii ki, ixtisarlarda baş verir. Bu müddət ərzində sahibkarlar dövlət qurumları tərəfindən kifayət qədər yoxlamalara məruz qaldı, əsassız cərimələr oldu və buda ona gətirib çıxardı kı, bir qrup sahibkarlar obyektlərini bağlamaq məcburiyyətində qaldı. Bir sözlə bütün bunlar işsizliyi artıran amillərdir. Bunun davam edəcəyini gözləyirəm. İlin sonuna kimi bu prosesləri müşahidə edəcəyik. Nəzərə alsaq ki, 2016-cı ilin dövlət büdcəsi azalıbdır, qənaətli büdcə olacaq bu da o deməkdir ki, dövlətdən ayrılan investisiyalar yenə də az olacaq, hətta 2015-ci ildən də az. Bu da o deməkdir ki, regionlarda işsizliyin artması müşahidə olunacaq. Düşünürəm ki, hökümət birinci kreditləşmə şərtlərini yüngülləşdirməlidir, krediti ucuzlaşdırmalıdır ki, sahibkarlar kredit götürüb biznesini inkişaf etdirə bilsinlər və nəticədə əlavə iş yerləri açsınlar. Digər tərəfdən inhisarçılıq aradan qalxmalıdır kiçik və orta sahibkarlıq inkişaf etməlidir rəqabət mühitli şəraitdə şirkətlərin sayı artsın. Yoxlamalar aradan qalxmalıdır, daha doğrusu dayandırılmalıdır. Yəni bütün bunlar hansı ki, iş yerlərinin bağlanmasına səbəb idi bunlar aradan qaldırılmalıdır ki, bir tərəfdən işsizlik aradan qalxsın, digər tərəfdən də rəqabət hesabına istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşsın. 

Xəbər lenti
0