BAKI, 15 okt — Sputnik. Hərb sahəsindəki maraqlı rekordların birinci hissəsini təqdim edirik.
— Hesablanıb ki, b.e.ə. 3500 ildən üzü bəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşayıblar.
— 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı var. Görünür ki, bu, hücum silahlarının ən qədim nümunələrindən biridir.
— Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir. O,116 il 1337-1453-cü ilədək davam edib. Rusiyanın nə vaxtsa apardığı müharibələrdən ən sürəklisi Qafqaz müharibəsi olub. Məqsədi Dağlıq Dağıstanı, Çeçenistanı və Şimal-Qərbi Qafqazı ilhaq etmək olan bu müharibə yarım əsrdən bir qədər az 1817-1864-cü illərdə davam edib.
— Böyük Britaniya və Zanzibar (hal-hazırda Tanzaniyanın bir hissəsi) arasında müharibə 1896-cı ildə başlayıb və cəmi 38 dəqiqə davam edib. Həmin gün admiral Rousonun komandalığı altında olan ingilis hərbi donanması yalançı-sultan Səid Xalidə ultimatum təqdim edib. Ultimatum dənizdən qısa bombardmandan sonra qəbul olunub və bundan sonra müharibə başa çatıb.
— Dövrümüzün nəhəng vuruşması 1916-cı il martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 alman hərbi gəmisinə qarşı vuruşub. İngilislər orda 14 gəmi və 6097 adam itiriblər. Almanların itkisi isə 11 gəmi və 2545 adam olub.
— Sovet İttifaqı dövründə dünyada ən çox sualtı qayıqlara malik olub — 375. Onlardan 127-si atom sualtı qayıqlarıdır. ABŞ 80-cı illərin sonunda 92 atom sualtı qayığına malik idi.
— Ən çox Silahlı Qüvvələr SSRİ-yə məxsus olub. 1989-cu ildə onun sayı 4.258.000 nəfər idi. Həmin dövrdə Çin ordusunun sayı 3.200.000, ABŞ ordusunun sayı 2.138.000, Böyük Britaniya ordusunun sayı 318.000 nəfər idi.
— Qadın-təyyarəçilər arasında vurulan təyyarələrin sayına görə rekord sovet təyyarəçisi Lidiya Litvaka məxsusdur. O,1941-43-cü illər ərzində 12 faşist təyyarəsi vurub. Lidiya Litvak 1 avqust 1943-cü ildə hava döyüşündə həlak olub.
— II Dünya Müharibəsində vurulan təyyarələrin sayına görə rekord (352 təyyarə) alman təyyarəçisi Erix Hartmana məxsusdur. Sovet ası İvan Kojedub 62, ingilis pilotu, kral HHQ-nin polkovniki Edqar Conson 38 təyyarə vurublar. Bir uçuş zamanı ən çox müvəffəqiyyət alman təyyarəçisi Erix Rudofferə məxsusdur. O, 6 noyabr 1943-cü ildə 17 dəqiqəyə 13 düşmən təyyarəsini vurub.
— II Dünya müharibəsi zamanı alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer alman «U-35» və «U-139» sualtı qayıqlarına komandanlıq edərək 195 müttəfiq gəmisini batırıb. O, bir həmlə zamanı 54 sualtı qayığı suyun dibinə oturdub.