SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Astanada MDB-nin taleyi müzakirə ediləcək

© youtube.comMDB hökumət başçılarının iclası
MDB hökumət başçılarının iclası - Sputnik Azərbaycan
Abunə olmaq
XİN başçılarının MDB ölkələrinin 2020-ci ilədək hərbi əməkdaşlığı konsepsiyası layihəsini təsdiq edəcəyi gözlənilir.

BAKI, 15 okt-Sputnik. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov MDB XİN başçılarının iclasında iştirak edəcək. Bu barədə Sputnik-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, bu məqsədlə Qazaxstana səfər edəcək. Səfirlikdən bildirilib ki, Elmar Məmmədyarovun Qazaxıstana səfərinin əsas məqsədi bu gün Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Məmmədyarovun səfər çərçivəsində qazaxıstanlı həmkarı Erlan İdrisov və digərləri ilə ikitərəfli formatda görüşləri nəzərdə tutulub.

Nazirlərin Astana toplantısında MDB-nin 25 illiyi də daxil olmaqla onun fəaliyyət istiqamətlərini əhatə edən 22 məsələ müzakirə ediləcək. Xarici siyasət idarələri rəhbərləri MDB çərçivəsində xarici siyasət üzrə kordinasiyanın dərinləşməsi və çoxplanlı əməkdaşlığın gələcəkdə inkişafı məsələləri ətrafında müzakirələr aparacaqlar.

Həmçinin humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın dərinləşməsi layihələri nəzərdən keçiriləcək.

XİN başçıları tərəfindən MDB ölkələrinin 2020-ci ilədək hərbi əməkdaşlığı konsepsiyası layihəsinin təsdiqi gözlənilir. Müzakirə olunan məsələlər arasında təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması və xəbərdarlıq edilməsi kimi məsələlər də müzakirə olunacaq.

İclasın yekununda razılaşdırılmış məsələlər təsdiq üçün oktyabrın 16-da keçiriləcək MDB Dövlət və Hökumət Başçıları Şurasına təqdim olunacaq.

Xəbər lenti
0