Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

YAP-çı deputatdan sensasion çıxış

Yevda Abramov
Yevda Abramov - Sputnik Azərbaycan
Abunə olmaq
Yevda Abramov: Dünyaya qaz satırıq, amma biz qazsızıq. Bu lap oxşayır özgəni bəzəyib, özü lüt gəzənə. Bunu bir dəfə dedim, mənə dedilər ki, iqtidar deputatı müxalifətə keçir.

BAKI, 14 okt — Sputnik. Sputnik xəbər verir ki, millət vəkili Yevda Abramov parlamentdə büdcə layihəsi zamanı sensasion bir çıxış edib.

"Hamı elə bilirdi ki, prezidentin heç nədən xəbəri yoxdur. Prezidentin hər şeydən xəbəri varmış, bizim xəbərimiz yoxmuş. Sadəcə o bilir ki, sözü kimə və nə zaman demək lazımdır”, deyə Abramov bildirib. 

Deputat qeyd edib ki, əslində prezidentin çıxışından sonra məlum oldu ki, bizim büdcəmiz üç gündür ki, müzakirə olunur: “Büdcəmiz səbirlidir, təmkinlidir, bizə hər şeyi öyrədir. Belə bir şəraitdə bizim dövlətdən bir şey istəməyə haqqımızı yoxdur. Amma elə məsələlər var ki, onları deməliyik. Mən fikir verirəm ki, bu iki gündə bəzi nazirlər heç salam da almırlar. Amma biz sözümüzü kimə deməliyik? Biz canımızı partiya, prezident üçün verməyə hazırıq. Amma bu insanlar bizdən inciyirlər. Azərbaycanda yaşamaq minumumu yaşamaq üçün imkan vermir. Danışmırıq, deyirlər ki laldırlar. Amma neynəmək olar ki, həyat belədir. Bu gün dünya hansı oyunlardan keçir, bunu hər bir deputat bilir. Burada söhbət bəzi insanların yerində olmamasından gedir. Kim bu gün cənab prezidentə yanında deyilsə, Azərbaycanın çörəyi, suyu ona haram olmalıdır. Bir sıra məsələlər var ki, burada müxalifətçilik, iqtidar olmamalıdır. Bu yaxınlarda Dərbənddə Yaraq-Qazmalar stansiyasında oldum. Orada insanların necə incidildiyimi gördüm. Bir paçka siqareti, kolbasanı necə yerə bölüb tökürlər. Gömrükdən imkan vermirlər ki, insanlar Rusiyaya mallar apara bilsin. Gözümüzün qabağında kolbasanı yeddi yerə bölüb tökürlər. Azərbaycanda qazlaşma ilə bağlı problem var. İndi təşviqat dövrücdür. Görüşlərə başlayırıq. Amma görüş keçirilən yerlər soyuqdur, qaz yoxdur. Mən həmişə demişəm ki, sayğac olan yerdə nə qış mövsümü, nə yay mövsümü. Ver qazını, al da pulunu. Dünyaya qaz satırıq, amma biz qazsızıq. Bu lap oxşayır özgəni bəzəyib, özü lüt gəzənə. Belə deyəndə deyirlər ki, YAP-çı keçib müxalifətə. Amma xalqımız gözəl xalqdır, dözür, anlayır. Azərbaycan həyatında çətin anlar çox olub. Buna da dözərik. Təki müstəqilliyimiz, kişiliyimiz əldən getməsin”. 

Millət vəkili Fəzail Ağamalı həmkarı Yevda Abramovun çıxışına reaksiya verib. “Azərbaycana idxal olunan məhsulların kimlərinsə razılığı olmadan keçirilə bilməməsini məgər bilmirik? Biz bunu yaxşı bilirik. Azərbaycan xalqı qabiliyyətli xalqdır. Onlara imkan verilsə, problemlərini özləri həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, antiazərbaycan koalisiyasının tərkibində yer alır”, — deyə o  cavab verib.

Xəbər lenti
0