CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2016-ci ildə DSMF-nin büdcəsi 22,3 mln. manat çox olacaq

© pixabay / 3dman_euBankomat
Bankomat - Sputnik Azərbaycan
Abunə olmaq
2016-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi 2015-ci il büdcəsindən 3,78% çox olacaq ki, bu da mütləq rəqəmlə 22,3 mln. manat təşkil edəcək. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

BAKI, 14 okt — Sputnik. 2016-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi 2015-ci il büdcəsindən 3,78% çox olacaq ki, bu da mütləq rəqəmlə 22,3 mln. manat təşkil edəcək.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün Milli Məclisdə 2016-cı il üçün büdcə layihəsi haqqında məlumat verərkən deyib.

Fondun sədri bildirib ki, DSMF-nin növbəti ildəki büdcəsinin 97,1%-i əhaliyə pensiya ödənişi kimi ödəniləcək. Belə ki, büdcənin əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Mehdiyev bildirdi ki, DSMF-nin  2016-cı il üçün proqnozlaşdırılan 3 mlrd. 78,6 mln. manat gəlirlərinin 64,3%-ini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9% olacaq. 2016-cı ildə dövlət büdcəsindən fonda transfertin məbləği cari ildə olduğu kimi 1,1 mlrd. manat təşkil edəcək və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım toplanan sosial sığorta haqları hesabına qarşılanacaq. Bu göstəricilər çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü kimi sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapır.

Fondun 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 mlrd. 11,2 mln. manatının əhaliyə ödənişlərə, 20 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27 mln. manatının fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub. 

Fond sədrinin çıxışından sonra layihənin müzakirələri başlanıb.

Xəbər lenti
0