CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili təhlükəsizlik və müdafiə xərclərinin artmasını istəyir

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Səyavuş Novruzov 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb.

BAKI, 14 okt — Sputnik. Millət vəkili Səyavuş Novruzov 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb.

“Təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. Bu sahəyə diqqət bir az da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi-cəhdlə çalışır və ölkəmizdə Prezidentin rəhbərliyi altında böyük bir ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə vəsaitlərin biraz daha çox ayrılmasına ehtiyac var”.

Xəbər lenti
0