Əks halda, bir çox analitiklər bu görüşü “döyüş” adlandırmazdılar. Lakin hətta Qərbdə belə qənaətə gəldilər ki, 70-ci BMT Baş Assambleyasında bir daha səslənən Rusiya mövqeyi uğur qazanmağa məhkumdur. Geosiyasi problemlər Akademiyasının vitse-prezidenti Vladimir Anoxin hesab edir ki, Putin nəinki bütövlükdə dünyadakı vəziyyəti, eləcə də müasir dövrün hər bir ayrı problemini təsvir etmək üçün düzgün sözlər tapa bilib:
“Bu, dünyada mövcud olan bütün problemlərə toxunan ağıllı və konkret çıxış idi. Ən kəskin məsələləri də o, yetərincə dəqiq qeyd etdi. Fikir verməli olduğumuz ilk məsələ odur ki, çoxları beynəlxalq münasibətlər sistemi və BMT-ni köhnəlmiş, səmərəsiz və artıq öz tarixi missiyasını yerinə yetirmiş hesab edirlər. Bu, mövcud olan konkret problemlərə beynəlxalq müdaxilə ehtimalının aradan qaldırılması arzusudur. Axı “soyuq müharibə” vaxtı ideoloji rəqiblərimiz tez-rez bizimlə razılaşmırdılar, ciddi problemlər vardı. Lakin razılığa gəlməli idik, bu da münasibətlərimizdəki olduqca kəskin məsələləri həll etmək üçün imkanlar yaradırdı.
İndi, Sovet İttifaqının dağılmasından sonra beynəlxalq münasibətlər və qanundan yuxarıda olduğunu hesab edən güc yaranıb. Bu, bütün beynəlxalq əlaqələri anarxiya sahələrinə çevirmək arzusudur”.
Rusiya prezidenti bu dəyişikliklər arxasında kimlərin dayandığını bildirmədi, sadəcə bu işin nəticələrini sərt şəkildə sdaladı. Politoloq Pavel Svyatenkovun fikrincə, bu, Amerika prezidentinin çıxışı ilə güclü ziddiyyət doğurdu:
“Bu standart Amerika seçkiöncəsi çıxışdır. Əlbəttə ki, Obamanın yüksək professionallığı hörmət doğurur. Lakin bu çıxış hər hansı bir güclü təəssürat yaratmadı.
Bu ABŞ-ın əvvəllər də həyata keçirdiyi köhnə siyasətin təsdiqidir. Elə təəssürat yaranır ki, Obama sadəcə keçmiş siyasətini təsdiqlədi, çünki Nyu-Yorkda Putinlə Obamanın görüşəcəkləri, iki ölkə arasında münasibətlərin yumşalacağı haqda çox danışırdılar. Lakin Obamanın çıxışından belə bir təəssürat yaranmır”.
Lakin Vladimir Putinin islamçılara qarşı koalisiya yaratmaq təklifi dərhal bir çoxlarını heyran etdi. İstisna olunmur ki, onlar bu Rusiya təklifini dinləyərək onu inkişaf etdirə bilərlər. Yaxşı olardı ki, Qərb Moskvanın BMT çərçivəsində etdiyi digər çıxışlara da diqqət edərdi, — Vladimir Anoxin qeyd edir:
“Ən ciddi problemlərlə bağlı mükəmməl konkretlik, dünya üçün xüsusi təhlükəli problemlərin həllinə real və açıq şəkildə getmək arzusu – İŞİD-dir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsasında ən ağır problemlər, anarxiya zonalarına qarşı mübarizə. Bu, həqiqətən bizim xalqların miqrasiyası, Afrika və Yaxın Şərqdə dövlətçiliyin məhvinə getdiyimizin sübutudur. Suriya ilə bağlı qərblilərin səhvləri. Və bölgəyə sülh gətirə bilən digər məsələlər”.
70-ci BMT Baş Assambleyası və onun nəticələri dünya üçün uzun müddət bir nömrəli mövzu qalacaq. Lakin görünür, ən diqqətli siyasətçilər və jurnalistlər artıq üstünlüyün kimin tərəfində olduğunu anlayıblar. Təntənəli naharda Putin gülərüzlü, Obama isə olduqca tutqun idi.
“Sputnik” (Rusiya)