2015-ci ilin 9 ayının yekunları necə qiymətləndirilir?

Abunə olmaq
Vüqar Bayramlı: “Azərbaycan qlobal iqtisadi çətinliklərə və neftin qiymətinin azalmasına baxmayaraq iqtisadi artım tempini qoruyub saxlaya bilib”

2015-ci ilin 9 ayın yekunları pozitiv qiymətləndirilməlidir
“Bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin  2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Azərbaycan prezidenti sosial sahədə icra olunan layihələrdən danışarkən ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulduğunu qeyd edib. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən dövlət başçısı yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu bildirib. Prezident  qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.

Bununla bağlı suallarımızı iqtisadçı ekspert Vüqar Bayramlı cavablandırıb.

- Bu ilin geridə qalan 9 ayı ərzində iqtisadiyyatın inkişafını necə qiymətləndirirsiz?

—  Ötən müddəti qiymətləndirən zaman diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan iqtisadi artım tempini qoruyub saxlaya bilib. Bu olduqca vacib məqamdır. Çünki qlobal çətinliklər var, region ölkələrin əksəriyyətində iqtisadi artıma nail olmaqda problemlər var. Bütün bunların fonunda Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması və eyni zamanda qeyri neft sektorunda 10,2 % yəni iki rəqəmli artımın qeydə alınması kifayət qədər pozitiv hal kimi qiymətləndirilməlidir. Çünki, bu sadəcə neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi fonunda baş vermir, bu eyni zamanda əsas hissə ticarət tərəfdaşlarımızda müşahidə edilən çətinliklər fonunda baş verir. Azərbaycan qlobal iqtisadi çətinliklərə və eləcədə regiondakı problemlərə, neftin dünya bazarındakı qiymətinin azalmalarına baxmayaraq iqtisadi artım tempini qoruyub saxlaya bilib. Bu baxımdan 2015-ci ilin 9 ayın yekunları iqtisadi baxımdan pozitiv qiymətləndirilməlidir və bir mənalı şəkildə Azərbaycanda iqtisadiyyatın inkişafının neft deyil daha çox qeyri neft sektorunun inkişafı hesabına baş verməsidə məhz bu inkişafın əsas konturlarından hesab edilir.

- Bu ilin fevralında manatın məzənnəsinin düşməsi ölkənin tranzit imkanlarında hər hansı təsir göstərdimi?

— Neftin dünya bazarında qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyutanın həcminə təsir göstərdi. Əsas ticarət tərəfdaşlarımızda o cümlədən qonşu Rusiyada milli valyutanın devalvasiya olunması Azərbaycanın ixrac imkanlarına təsir göstərdi. Ötən müddəti qiymətləndirəndə pozitiv cəhət ondan ibarətdir ki, ötən müddətdə qeyri neft ixracatını artırmaq mümkün oldu.  Ötən müddətdə  Mərkəzi Bank xarici valyuta ehtiyyatlarından və eləcə də digər tərəfdən istifadə etməklə manatın məzənnəsini qoruyub saxlamağa çalışdı. Təbii ki, bu arada xüsusən avqust ayında Qazaxıstanda baş verən devalvasiyadan sonra bir panika yarandı xarici valyutaya təlabat yenidən yüksəldi amma buna rəğmən Mərkəzi Bank milli valyutanın məzənnəsindəki stabilliyi qoruyub saxladı və qoruyub saxlamağa çalışır. Güman olunur ki,yaxın müddətdə Mərkəzi Bank çalışacaq ki,manatın məzənnəsindəki stabilliyi qoruyub saxlasın.2016- ci ildə manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankın üzən valyuta rejiminə keçməsi istisna edilimir və eyni zamanda artıq Mərkəzi Bankın manatın məzənnə siyasəti ilə bağlı qərarları və addımları  həm neftin dünya bazarındakı qiyməti, həm də xarici ticarət tərəfdaşlarımızın vəziyyətindən asılı olaraq müəyyənləşdiriləcək. Ötən müddətdə  xarici ticarət tərəfdaşlarımızdakı milli valyutalara nisbətən manatın məzənnəsinin qorunub saxlanması müsbət halıydı. Manatın məzənnəsinin qorunub saxlanması özəl biznesə təsirlər, bank sektoruna təsirləri və təbii ki,sosial aspektdən təsirlidir və təbii ki, Mərkəzi Bank mövcud imkanlar daxilində manatın məzənnəsini qoruyub saxlamağa çalışacaq.

 - Ötən 9 ay ərzində neftin qiymətinin sürətlə aşağı düşməsi ölkənin dayanıqlı inkişafı baxımdan kənd təsərrüfatı, sənaye və turizm sektorununa marağı daha da artırdı, bu sahələrin inkişafı üçün nə lazımdır?  

—  Təbii ki, neftdən kənar sektorların inkişafı olduqca vacibdir. Cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan artıq neft sektorunu unutmalıdır və qeyri neft sektoru üzərində iqtisadiyyat qurmalıdır. Qeyri neft sektoru hesabına iqtisadiyyatın qurulması riskləri azaldır. İqtisadi diverfikasiya bir mənalı şəkildə həm neftin dünya bazarında artıb azalması,həm də iqtisadiyyatın daha dayanıqlı inkişafı üçün zəmin yaradır o baxımdan təbii ki, prioritet sektorların dəstəklənməsinə ehtiyac var.

  Atrıq turizm, aqrar sektor,informasiya texnologiyası eləcədə yeyinti səneyisi, yüngül səneyi prioritet sektorlar olaraq dəstəklənməkdədir. Son müşavirədə də Cənab prezidentin qeyd etdiyi kimi bu sektorlarda manapoliyaya qarşı mübarizənin gücləndirilməsi,yoxlamaların sayının azaldılmasına ehtiyac var. Sözsüz bütün bunlar həm iqtisadi liberallaşmanın coğrafiyasının genişləndirilməsinə gətirib çıxaracaq həm də artıq azad şəkildə biznesin inkişafı üçün bir zəmin formalaşacaq. O baxımdan iqtisadi diverfikasiyanın sürətlənməsi və neftdən asılığın mərhələli şəkildə aradan qaldırılması  üçün sössüz elektronlaşmayla bağlı, ASAN xidmətin səlahiyyətlərinin və xidmətinin genişləndirilməsi ilə bağlı addımların atılması və bu istiqamətdə islahatların genişləndirilməsinə ehtiyac var. Çünki,bütün bunlar imkan verəcək ki, qeyri neft sektorunun ümumi iqtisadiyyatda payının kəskin artımına nail olmaq mümkün olsun və bütün bunlar imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə və xarici faktorlardan sığorta olunmuş formada inkişaf etsin. Bu ad təbii ki, ölkə iqtisadiyyatının uzun müddətli iqtisadi inkişafı üçün ciddi bir zəmin formalaşdıracaq.

Xəbər lenti
0